Prezident seçkilərində səsvermə zamanı Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”inə (115) 300-ə yaxın müraciət daxil olub və onlar əsasən məlumat xarakterlidir. Bunu MSK sədri Məzahir Pənahov deyib.
"Dünən gün ərzində "Qaynar xətt”ə səsvermənin gedişi ilə bağlı vətəndaşlardan 300-ə yaxın müraciət daxil olub. Onların əksəriyyəti məlumat xarakterli olub, pozuntularla bağlı şikayət daxil olmayıb. MSK nümayəndələri bütün suallara operativ şəkildə cavab veriblər", - deyə o, bu gün mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Sədrin sözlərinə görə, beynəlxalq müşahidəçilər də səsvermənin gedişində şikayət və pozuntuların olmadığını qeyd ediblər.*