Prezident İlham Əliyev qeyd edib ki, ölkə hakimiyyəti prezident seçkilərinin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklində keçirilməsi üçün böyük hazırlıq işləri görüb. Bunu dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovla görüşdə bildirib.
Prezident seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirdi və qeyd etdi ki, bütün kampaniya dövründə namizədlər üçün ən əlverişli şərait yaradılmışdı.
İ.Əliyev əlavə edib ki, seçkilərin nəticələri Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsidir. “Bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi gələcəkdə daha da möhkəmlənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir”, - dövlət başçısı bildirib. **
A.Əzizov