Azərbaycan MDB ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Bunu prezidenti İlham Əliyev bu gün MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev ilə görüşdə bildirib,
“Azərbaycan MDB ilə əməkdaşlığa böyük önəm verir, hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
O, S.Lebedevin MDB-nin beynəlxalq nüfuzunun artması və inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri olan S.Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə İ.Əliyevə təbriklərini çatdırdı.
O, İ.Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi. **
A.Əzizov