Beynəlxalq müşahidəçilər Azərbaycan prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və seçici fəallığını qeyd edirlər.
“Bu seçkilərin şəffaf, mütəşəkkil surətdə, demokratik şəraitdə keçirilməsi ilə sizi təbrik etmək istərdim. Həmçinin təkrar səsvermənin qarşısını almaq məqsədilə alətin tətbiqini qeyd etmək istəyirəm - barmaqlara xüsusi sprey vurulurdu. Bu çox novator, öncə görmədiyim və çox effektiv addımdır”, - “Interfaks-Azərbaycan” agentliyinə italiyalı müşahidəçi, senator Antonio Razzi deyib.
Onun sözlərinə görə, seçkilərdə səsvermə prosesi “çox yaxşı” təşkil olunmuşdu.
O, seçicilərin yüksək fəallığını qeyd edib.
“Hesab edirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas rol oynaya bilər. Bu nöqteyi-nəzərdən, siz çox zəngin ölkəsiniz və İtaliya şirkətləri Azərbaycanla əlaqələri möhkəmləndirmək arzusundadır. Şəxsən mən, bu əlaqələri qurmağa yardım edən vasitəçi rolunu oynamaq istərdim. TAP qaz kəmərinə gəlincə, şəxsən mən həm bu boru kəməri, həm də ətraf mühitin müdafisəinin tətəfdarıyam. İndi ekologiyanın mühafizəsinə zəmanət verən texnologiyalar mövcuddur”, - A.Razzi qeyd edib.
Bolqarıstandan olan müşahidəçi, parlamentin deputatı Penço Milkov öz növbəsində bildirib ki, prezident seçkilərində səsvermə azad şəkildə keçirilib. “Çıxardığım nəticə bundan ibarət oldu: ölkəniz ehtiyatlarla zəngindir, görünür insanlar hiss ediblər ki, İlham Əliyev elə edib ki, bu resursların onların xeyrinə işləyir, bu səbəbdən onun reytinqi belə yüksəkdir”, - o vurğulayıb.
“Seçkilər demokratik, şəffaf olub. Beləliklə, ümumilikdə, heç bir qeydim yoxdur. Əlbəttə, seçki prosesində hər zaman daha da təkmilləşdiriləcək nə isə var, lakin müşahidə etdiyim nöqsanlar dəqiq kritik deyildi və seçkilərin demokratik gedişinə heç bir vəchlə təsir etməyib. Hətta demək istəyirəm ki, seçkilərinizdə bəzi məqamları Bolqarıstanda görmək istərdim. Bu, səslərin sayılmasına da aiddir - hər şey tam şəffaf olub. Digər namizədlərin nümayəndələri də bildiriblər ki, hər şey düzgün olub”, - Bolqarıstan parlamentinin deputatı Aleksandr Simov vurğulayıb. **
A.Əzizov