Azərbaycan, İran və Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün aprelin 26-da Bakıda üçtərəfli görüş keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
Energetika nazirinin müavini Natiq Abbasov İrana səfəri zamanı bu ölkənin Energetika Nazirliyində keçirdiyi görüşdə Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi məsələsini müzakirə edib. Görüşün yekunları üzrə Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün üçtərəfli görüşün 26 aprel 2018-ci il tarixində Bakıda keçirilməsi razılaşdırılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova