Rusiya XİN rəhbəri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon danışığı zamanı Xəzəryanı dövlətlərin beşinci sammiti ilə bağlı sənədlərin hazırlanması üzrə aparılan işlərin gedişini müzakirə ediblər.
“Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 5 dekabr 2017-ci ildə Moskvada keçirilən toplantısında əldə olunmuş razılaşmalar kontekstində, nazirlər Beşinci Xəzər sammitinin sənədləri üzrə işlərin gedişatınımüzakirə edib”, - Rusiya XİN-in saytında məlumat verilir.
Nazirlər “Xəzər dənizinin statusu barədə Konvensiyanın imzalanacağı gözlənilən beştərəfli zirvə toplantısının vacibliyi ilə bağlı ortaq fikir ifadə ediblər”. **