2018-ci ilin birinci rübündə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 mlrd. 163 mln. 928,36 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $5 mlrd. 546 mln. 139,38 min təşkil edib. Birinci rübdə ixracın həcmi $3 mlrd. 355 mln. 33,87 min, idxalın həcmi $2 mlrd. 191 mln. 105,51 min təşkil edib.
2018-ci ilin birinci rübündə xarici ticarət dövriyyəsinin həcmi 34,6%, ixracın həcmi 28,7%, idxalın həcmi isə 44,8% artıb.
İxracın strukturunda 80,06% neftin, 4,05% neft məhsullarının, 5,02% təbii qazın, 1,01% elektrik enerjisinin, 2,41% meyvə-tərəvəz məhsullarının, 0,07% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,12% qəndin, 0,08% spirtli və spirtsiz məhsulların, 0,37% kimya məhsullarının, 0,96% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,14% pambıq, 0,14% pambıq ipliyin, 0,47% qara metal və ondan hazırlanan məmulatların, 0,92% alüminium və ondan hazırlanan məmulatların, 3,84% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 15,42% ərzaq məhsullarının, 1,08% tütün və tütün məhsullarının, 0,12% sementin, 2,59% əczaçılıq məhsullarının, 3,33% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,96% odun və agac məhsullarının, 12,11% qara metal və ondan hazırlanan məmulatların, 22,54% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9,16% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,1% mebelin, 29,58% digər məhsulların payına düşüb.
2018-ci ilin birinci rübündə xarici ticarət əməliyyatlarında 3,828 min özəl və dövlət müəssisəsi və 3,561 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 146 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu dövrdə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 19,24%-i), İsrail (9,19%), Türkiyə (7,77%), Çexiya (6,19%), %), İndoneziya (5,97%), Almaniya (5,58%), Avstroya (5,12%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,34%), Türkiyə (14,26%), Çin (10,02,5%), Almaniya (8,81%), ABŞ (4,77%) ilə həyata keçirib.**
N.Abbasova