Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin I rübü ərzində 897 mindən çox sərnişinə xidmət göstərib, bu da ötən ilin analoji göstəricisindən 15% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) məlumatında qeyd edilir.
“Hesabat dövrü ərzində “AZAL”-ın payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşüb (2017-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb)”, - məlumatda bildirilir.
Yanvar-mart aylarında 768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6%-i) beynəlxalq reyslərlə daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportununyeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. 2017-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4,06 mln. sərnişinə xidmət göstərib, bunun 85%-i beynəlxalq reyslərin sərnişinlərinin payına düşüb.
**
N.Abbasova