Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə məlumat həqiqətə uyğun deyil. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
“Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumat yalandır”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan Ordusunun Ermənistanın Tavuş rayonunun Baqanis kəndi yaxınlığında ermənilərə məxsus yük avtomobilini atəşə tutması barədə məlumat yayıb.*
F.İsazadə