2018-ci ilin yanvar-mart aylarında Azərbaycana 3,506 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,45 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 3,158 min ədəd avtomobil (artım 2,7 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-mart aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 316 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,6 dəfə) və 13 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 2 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 19 ədəd (azalma 1,3 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.**
B.Rüstəmbəyov