Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
Xüsusilə, SKMF iri fermer təsərrüfatları, üzümçülük, intensiv kartofçuluq, soya, mərci və noxud təsərrüfatları, quru meyvə, həmçinin quru üzüm müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - məlumatda qeyd edilir. **
B.Rüstəmbəyov