Azərbaycanda Gəncə Avtomobil Zavodunda Belarus sərnişin avtobuslarının yığım istehsalı təşkil olunacaq. Bu barədə Belarus mətbuatı məlumat verib.
Belarusun baş naziri Vladimir Semaşkonun 1-3 aprel tarixində çərçivəsində Azərbaycana səfəri çərçivəsində müvafiq razılıq əldə olunub.
“Belarusun nümayəndə heyəti Azərbaycan prezidenti və baş nazir ilə görüşlərdə sənaye, ASK, əczaçılıq, nəqliyyat, ərzaq tədarükünün qarşılıqlı genişləndirilməsi sahəsində məsələləri müzakirə edib. Səfər çərçivəsində qarşılıqlı ticarətin həcminin artımını təmin etmək məqsədilə ikitərəfli əməkdaşlığın yeni perspektivli layihələrinin tədqiqinə dair razılıqlar əldə olunub”, - KİV qeyd edir.
Bildirilir ki, Belarusun nümayəndə heyəti Gəncə Avtomobil Zavodunda olub. Burada zavodun inkişafı, məhsul buraxılışının artırılması, həmçinin birgə məhsulların üçüncü ölkələrə çıxışı imkanı müzakirə olunub.
Tərəflər Belarusdan 500 traktor və 50 avtomobilin tədarükünə dair müqavilə imzalanıb (müqavilələrin ümumi məbləği $10,5 mln.-a yaxın təşkil edib). **
F.İsazadə