Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
Nazirlər Kabinetinin qərarına əsasən nazirliyin kollegiyasının üzvlərinin sayı 12 nəfərdən ibarət müəyyənləşdirilib.
Kollegiyanın sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təyin olunub.
Kollegiyanın tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri və nazirliyin strukturuna daxil olan bir sıra cəmiyyət və müəssisələrin rəhbərləri, xüsusilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, “Aztelekom” MMC-nin baş direktoru və başqaları daxildir.*
B.Rüstəmbəyov