Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci ilin I rübündə kredit təşkilatları vasitəsilə sahibkarlara 50 mln. 19,2 min manat məbləğində güzəştli kreditlər verib. Bu barədə fondun kreditləşmə sahəsində fəaliyyətinə dair hesabatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2017-ci ilin yanvar-mart aylarında fondun vəsaitləri hesabına sahibkarlara 21 mln. 310,7 min manat məbləğində kredit verilib. Beləliklə, 2018-ci ilin I rübündə SKMF-nin xətti ilə kreditləşmənin həcmi 2,3 dəfə artıb.
Hesabat dövründə SKMF-nin vəsaitləri hesabına 135 layihə (artım 31,1% - İF-Az) maliyyələşdirilib”, - deyə hesabatda qeyd edilir.
Bu layihələrin kreditləşməsi 5,145 min yeni iş yerinin yaradılmasına imkan verəcək (artım 12,3 dəfə - İF-Az).
I rübdə sənaye məhsullarının istehsalı və emalı sahəsində 16 mln. 93,5 min manat məbləğində 12 layihə, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində 29 mln. 555,7 min manat məbləğində 112 layihə, kənd təsərrüfatı məhsullarının emalı sahəsində 2 mln. 690 min manat məbləğində 9 layihə, xidmətlər (infrastruktur) sahəsinin inkişafı üzrə 1 mln. 680 min manat məbləğində 2 layihə maliyyələşdirilib.
SKMF-nin məlumatına görə, 2018-ci ilin yanvar-mart aylarında ümumilikdə 47 mln. 458,5 min manat məbləğində 17 xüsusi iri kredit, 1 mln. 102,7 min manat məbləğində 109 kiçik kredit, 1 mln. 458 min manat məbləğində 9 orta kredit verilib.*
A.Əzizov