SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2018-ci ilin yanvar-mart aylarında 1,6 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, SOCAR 2017-ci ildə 6 mlrd. 89 mln. kubmetr qaz hasil edib, bu da 2016-cı ilin göstəricisindən 2,8% azdır.
2017-ci ildə ümumilikdə Azərbaycanda qaz hasilatının 21,3%-i Azərbaycanın payına düşüb. **
B.Rüstəmbəyov