2018-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 mln. ton təşil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 mlrd. kubmetr təşkil edib.
SOCAR-dan qeyd olunub ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb.
20127-ci ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 28 mlrd. 563,5 mln. kubmetr (2016-cı illə müqayisədə azalma 2,6%) təşkil edib. Bunun 18 mlrd. 157,9 mln. kubmetri əmtəə qazının payına düşüb (azalma 3%).
2017-ci ildə Azərbaycanda neft hasilatı 38 mln. 688,9 min ton təşkil edib. 2016-cı illə müqayisədə ötən il ölkədə neft hasilatı 5,7% azalıb. **
B.Rüstəmbəyov