Aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumunun iclasında aprelin 11-də Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrini rəsmən elan olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası (MSK) dünən Seçki Məcəlləsinin tələblərinə əsasən prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edərək, Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.
MSK-nın yekun protokoluna əsasən, prezident seçkilərində İlham Əliyev 86,02% səslə qalib gəlib.
Zahid Oruc 3,12%, Sərdar Cəlaloğlu 3,03%, Qüdrət Həsənquliyev 3,02%, Hafiz Hacıyev 1,52%, Araz Əlizadə 1,38%, Fərəc Quliyev 1,17%, Razi Nurullayev isə 0,74% səs toplayıb.
MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,3%-i iştirak edib, 12, 403 səs etibarsız sayılıb. **
A.Əzizov