SOCAR 2018-ci ilin yanvar-mart aylarında qazma işlərinin həcmini 2017-ci ilin I rübünün göstəricisi ilə müqayisədə 14% - 40,5 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bu ilin yanvar-mart aylarında 15 quyu qazılıb.
SOCAR-ın birgə müəssisələri tərəfindən qazılan quyuların sayı isə 13-ə bərabər olub.
2017-ci ildə SOCAR qazma işlərinin həcmini 2016-cı ilin göstəricisi ilə müqayisədə 30,7% - 138 min metrədək artırıb.
Ötən il qazma işlərinin 93%-i istismara, 7%-i kəşfiyyata aid olub.
2017-ci ildə 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib.*
A.Əzizov