Sentyabrda Gəncədə XI Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Bunu “Rusiya eksport mərkəzi” SC-nin ( АО «Российский экспортный центр») rəhbəri Nuri Quliyev deyib.
“Növbəti Rusiya-Azərbaycan Regionlararası Forumu sentyabr ayında Gəncədə keçiriləcək”, - deyə o, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovla görüşdə bildirib.
Assosiasiyadan verilən məlumata görə, Azərbaycan və Rusiyanın razılığı əsasında turizmin inkişafına dair təkliflər hazırlanaraq forum iştirakçılarına təqdim olunacaq.
VIII Rusiya-Azərbaycan Regionlararası Forumu 2017-ci ilin sentyabr ayında Stavropolda keçirilib.*
A.Əzizov