SOCAR bu gün şirkətin istiqrazlarının sahiblərinə 6-cı dəfə faizlər üzrə $1,25 mln. məbləğində ödəniş həyata keçirib. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
"Aprelin 17-də SOCAR istiqrazlarının sahiblərinə $1,25 mln. vəsait ödənilib. Həmin vəsaitlər bu gün istiqraz sahiblərinin bank hesablarına köçürüləcək", - deyə məlumatda bildirilir.
Beləliklə, SOCAR istiqrazlarının sahiblərinə faizlər üzrə ümumilikdə $7,5 mln. olmaqla 6 dəfə ödəniş edilib.
“SOCAR Capital” qeyd edir ki, təkcə 2018-ci ildə SOCAR istiqrazları ilə əməliyyatların həcmi $19 mln.-u ötüb.*
A.Əzizov