2018-ci ilin I rübündə Azərbaycanda ÜDM 2,3% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-in nominal həcmi 17 mlrd. 185,1 mln. manat təşkil edib.
2018-ci ilin yanvar-mart aylarında qeyri-neft sektorunda ÜDM 2,9%, neft sektorunda artım 1,5% təşkil edib.
Hesabat dövründə tikinti sektorunda azalma 11,2% olub.
2018-ci ilin birinci rübündə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 1,756 min manat təşkil edib.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM-in artımı 0,1% təşkil edib. **
A.Əzizov