Çərşənbə axşamı Azərbaycanda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasının yaradılması barədə elan olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
8 ölkənin - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reystrlərinin nümayəndələri Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasının təsis olunması ilə bağlı sənədləri imzalayıblar.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Assosiasiya region ölkələrində maliyyə bazarının inkişafına dəstək olmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı da asanlaşdıracaq.
O əlavə edib ki, Azərbaycan regional maliyyə mərkəzinə çevrilməsi istiqamətində addımlar atır. **
B.Rüstəmbəyov