Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov Azərbaycanda devalvasiya üçün heç bir əsasın olmadığını deyib.
“Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, banklar yetərincə xarici valyutaya malikdir. Mərkəzi Bank banklara və bank filiallarına vaxtında nağd valyuta satışını həyata keçirib. Buna görə əminliklə demək olar ki, Azərbaycanda devalvasiya gözlənilmir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Baş icraçı direktorun sözlərinə görə, son bir həftə ərzində Türkiyə və Rusiyada valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji təzyiqin bir qədər artmasına səbəb olub. “Lakin bu, müvəqqəti psixoloji amildir”, - deyə o qeyd edib.*
B.Rüstəmbəyov