2018-ci ilin mart ayında „SOCAR Turkiye Enerji“ şirkəti (ARDNŞ-nin Türkiyədəki törəməsi) SOCAR-dan TANAP-da 7% pay almaq üzrə sövdələşməni başa çatdırıb.
Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün Eskişəhərdə jurnalistlərə bildirib.
„Artıq „SOCAR Turkiye Enerji“ 7% pay ilə TANAP-ın rəsmi səhmdarıdır. Cari ilin mart ayında SOCAR-dan bu payın alınması üzrə sövdələşmə başa çatıb“, - S.Düzyol „İnterfaks-Azərbaycan“ agentliyinin müxbirini sualına cavabında qeyd edib.
Həmçinin SOCAR (51%), BOTAS (30%) və BP (12%) TANAP-ın səhmdarlarıdır.
S.Düzyol o cümlədən məlumat verib ki, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan qazının TANAP ilə kommersiya tədarükünə başlanması münasibətilə mərasim keçiriləcək. Bununla belə, o, mərasimin keçiriləcəyi tarixin hələlik müəyyən olunmadığını vurğulayıb. **
N.Abbasova