Hazırda Trans-Anadolu (TANAP) qaz kəmərinin tiinti layihəsi çərçivəsində xərclər $5,6 mlrd.-ı ötüb. Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün Eskişəhərdə azərbaycanlı jurnalistlərə bildirib.
“Layuihənin ümumi dəyəri $7,99 mlrd. səviyyəsində qiymətləndirilir, indiyədək bunun $5,6 mlrd.-dan çoxu sərf olunub. Bununla belə, layihə çərçivəsində qənaət, layihənin $11,8 mlrd. səviyyəsində ilkin qiymətləndirmənin 32%-ni təşkil edib”, - S.Düzyol “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında qeyd edib.
O həmçinin məlumat veirb ki, layihənin ümumi dəyərindən $3,75 mlrd. Asiya İnkişaf Bankı, MIGA agentliyi, AYİB, Avropa İnvestisiya Bankı və Asiya İnfrastrukturİnvestisiyaBankından (AIIB) cəlb olunan kreditlər hesabına təmin olunur. **
N.Abbasova