Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixrac etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev məlumat verib.
«İsveçrədə Azərbaycan fındığına böyük maraq var, buna görə bu il İsveçrəyə ixrac missiyamız əsasən fındıq istehsalçılarından ibarət olacaq», - deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, hazırda tərəflər bu istiqamətdə əməkdaşlıqla bağlı danışıqlar aparırlar.
«Danışıqlar gedir. Məqsədlərimizdən biri də fındıq yığımı mövsümündə isveçrəli alıcılardan ibarət missiyanın Azərbaycana səfərini təşkil etməkdir», - deyə Y.Abdullayev qeyd edib.*
F.İsazadə