Azərbaycan Rusiya və Ukraynaya toxuculuq məhsullarının ixracını təşkil edib. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib.
«Biz Rusiya və Ukraynaya toxuculuq məhsullarının ixracını təşkil etmişik. Bu, yeni istiqamətdir və biz onu davam etdirəcəyik», - deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, yaxın və uzaq xarici ölkələrə şərab və araq məhsullarının ixracı Azərbaycan iş adamlarının prioritet istiqamətlərindən birini təşkil edir. «Şərab məhsulları, bütövlükdə isə spirtli içkilərin ixracı bizim üçün prioritet istiqamətlərdən biridir. Yaxın vaxtlarda Şanxayda (Çin) Azərbaycan Şərab Evinin açılması planlaşdırılır», - deyə o qeyd edib.
Y.Abdullayev əlavə edib ki, indiki mərhələdə tərəflər Şərab Evinin açılış tarixini razılaşdırırlar.*
F.İsazadə