Konstitusiya Məhkəməsi Plenumunun bugünkü iclasında aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri təsdiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Prezident seçkilərinin nəticələrinə əsasən, İlham Əliyev 86,02% , öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc 3.12%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 3.03%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3.02%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1.52%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 1.38%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 1.17%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev 0.74% səs toplayıb.*
F.İsazadə