2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda neft hasilatının həcmi ötən ilin müvafiq dövrünün göstəricisindən 2,2% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-mart aylarında neft hasilatı 9 mln. 662,4 min ton (artım 2,2%), həmçinin əmtəə qazının hasilat həcmi 9 mln. 649,8 min ton (artım 2,2%) təşkil edib”, - DSK-dan qeyd ediblər.
Bu dövrdə Azərbaycanda 7 mlrd. 145,8 mln. kubmetr qaz hasil olunub (2017-ci ilin analoji dövrü ilə müqayisədə azalma 5.8%). Bununla belə, hesabat dövründə əmtəə qazının hasilat həcmi 4 mlrd. 443,3 mln. kubmetr təşkil edib (azalma 5,8%).
2017-ci ildə Azərbaycanda 38 mln. 688,9 min ton neft, 28 mlrd. 597,5 mln. kubmetr qaz hasil olunub.
Azərbaycan hökuməti 2018-ci ildə respublikada neft hasilatını 37 mln. 534,8 min ton, qaz hasilatını 30 mlrd. 498,3 mln. kubmetr həcmində proqnozlaşdırır.**
B.Rüstəmbəyov