Bolqarıstan prezidenti Rumen Radev azərbaycanlı həmkarı İlham Əliyevi Bolqarıstana səfərə dəvət edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytında məlumat verilir.
R.Radev İ.Əliyevi yenidən Azərbaycan Respublikasının prezidentiseçilməyi münasibətilə təbrik edib.
“Sizi Bolqarıstana səfər etməyə yenidən dəvət edirəm. Biz Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik“, - R.Radevin təbrik məktubunda deyilir.
O əmindir ki, İ.Əliyevin Bolqarıstana səfəri “Bakı ilə Sofiya arasındakı ənənəvi yaxın və dostluq əlaqələrinin daha da inkişafına və dərinləşməsinə yeni töhfə verəcək”.
R.Radev ali dövləti fəaliyyətində İ.Əliyevə uğurlar arzu edib. **
F.İsazadə