2018-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 12 mlrd. 533,3 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 9,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-mart aylarının yekunları üzrə orta illik inflyasiya 4% təşkil edib.
Statistik məlumatlara görə, hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,8% - 1 min 280,5 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 11 mlrd. 582,2 mln. manat qalır ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən 10,2% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.**
B.Rüstəmbəyov