2021-ci ilin iyun ayında Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyəyə qaz tədarükünün həcmi 6 mlrd. kubmetrə çatacaq. Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün Eskişehirde azərbaycanlı jurnalistlərə deyib.
"TANAP ilə Türkiyəyə qaz tədarükünün ilkin həcmi ildə 2 mlrd. kubmetr təşkil edəcək, daha sonra isə 4 mlrd. kubmetrədək artacaq. 2021-ci ilin iyun ayının sonunda bu ölkəyə qaz tədarükünün həcmi ildə 6 mlrd. kubmetrə çatacaq", - deyə o bildirib.*
N.Abbasova