Bu gün Bakıda prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Bu barədə rəsmi KİV-də məlumat verilir.
"Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”, - deyə İ.Əliyev mərasimdə bildirib.
Sonra prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib.
“Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”, - deyə o vurğulayıb.
Dövlət başçısı təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.*
F.İsazadə