2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan 5 mln. 337,8 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $2 mlrd. 498 mln. 720,9 min (artım 25,5%) təşkil edib”, - məlumatda bildirilir.
2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilmiş $1 mlrd. 827 mln. 303,5 min məbləğində neftin bəyan edilmiş həcmi 3mln. 648,8 min ton təşkil edib.
2017-ci ildə Azərbaycandan 32 mln. 845 min ton neft ixrac olunub.**
A.Əzizov