Azərbaycan Respublikasının prezidenti İlham Əliyev andiçmə mərasimindən sonra sabiq prezident Heydər Əliyevin məzarını ziyarət edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sonra İ.Əliyev Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Həmin gün prezident Dövlət Bayrağı Meydanında olub. **
F.İsazadə