Azərbaycan hökuməti çərşənbə günü istefaya gedəcək.
Prezidentin andiçmə mərasimindən sonra Konstitusiyaya əsasən, Nazirlər Kabineti istefaya gedir.
Çərşənbə günü Bakıda prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Dünən Konstitusiya Məhkəməsi aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində İ.Əliyevin qələbəsini təsdiq edib.
İ.Əliyev seçkilərdə 86,02% səs toplayaraq dördüncü dəfə Azərbaycan prezidenti seçilib. **
A.Əzizov