Aprelin 11-də Azərbaycanda prezident seçkiləri ədalətli və şəffaf şəraitdə keçirilib, xalqın iradəsini əks etdirir. Bunu prezident İlham Əliyev deyib.
“Prezident seçkiləri ədalətli və şəffaf şəraitdə keçirilib, xalqın iradəsini əks etdirir”, - İ.Əliyev andiçmə mərasimində bildirib.
Onun sözlərinə görə, hakimiyyət-xalq qarşılıqlı əlaqəsi Azərbaycanın uğurunun təminatıdır.
Prezident qeyd edib ki, ölkə vətəndaşları seçkilərdə “tərəqqi, təhlükəsizlik, gələcək inkikşafa” səs veriblər.
“Doğma Azərbaycan xalqına seçkilərdə göstərilən dəstəyə görə minnətdaram. Mən hər zaman bu dəstəyi hiss etmişəm və fəaliyyətimdə ona arxalanmışam”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə