Prezident İlham Əliyev qonşu dövlətlərlə üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının səmərəliliyini qeyd edir.
“Bizdə qonşu dövlətlərlə hərtərəfli əməkdaşlıq qurulub, dörd ölkə ilə (Türkiyə, RF, Gürcüstan, İran - İF) müxtəlif üçtərəfli və dördtərəfli əməkdaşlıq formatları təşkil olunub. Bu əməkdaşlıq formatları çox səmərəlidir, bu cür görüşlərdə biz nəinki bizim, həm də qonşu dövlətlər üçün maraq kəsb edən məsələləri müzakirə edirik”, - İ.Əliyev bu gün andiçmə mərasimində bildirib.
Onun sözlərinə görə, qonşu dövlətlərlə mehriban münasibətlər regionda sabitlik və təhlükəsizliyə müsbət təsir edir.
İ.Əliyev əlavə edib ki, Azərbaycan müxtəlif tregional enerji və nəqliyyat layihələrinin reallaşdırılmasını fəal həyata keçirir, bu da layihə iştirakçılarının iqtisadi inkişafını təmin edir. Bu layihələr arasında o, $40 mlrd.-dan atrıq həcmdə qiymətləndirilən “Cənub Qaz Dəhlizi” layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasını qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edir və bu fəaliyyət gələcək illərdə də davam etdiriləcək. **
F.İsazadə