Sahibkarlığa Kömək Milli Fondu (SKMF) pambıq və tütün istehsalçılarına kreditlərin aşağı faiz dərəcəsi ilə verilməsi üçün “Aqrarkredit” bank olmayan kredit təşkilatı ilə danışıqlar aparır. Bunu fondun icraçı direktoru Şirzad Abdullayev bu gün mətbuat konfransında deyib.
«Biz pambıq və tütün istehsalçılarına kreditlərin aşağı faiz dərəcəsi ilə verilməsi üçün “Aqrarkredit”lə danışıqlar aparırıq. Məqsəd ölkədə pambıq və tütün istehsalçılarına dəstəyi artırmaqdır», - deyə o bildirib.*
B.Rüstəmbəyov