Prezident İlham Əliyev bəyan edib ki, ötən 15 il ərzində Azərbaycan özünü xarici risklərdən qoruya bilib.
“Biz özümüzü xarici risklərdən qorunmağı bacardıq. Son 15 il ərzində Azərbayan xalqı sabitlik şəraitində yaşayır”, - İ.Əliyev bu gün andiçmə mərasimində qeyd edib.
O bildirib ki, ayrı-ayrı ölkələrdə sabitliyin pozulması xaricdən müdaxiləyə gətirir, bu da dövlətlərin gələcəyini sual altına qoyur. “Biz görürük ki, sabitliyin pozulması halında inkişaf barədə söhbət belə gedə bilməz, xaricdən müdaxilə olunur və ölkələrdə idarəolunmaz vəziyyət yaranır, qardaş qanı tökülür, dövlətlərin gələcəyi sual altında qalır”, - dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, “Azərbaycan xalqı və hakimiyyəti” ölkədə sabitlyin qarantıdır. “Bu səbəbdən xalq və hakimiyyətin birliyi uğurlarımızın səbəbi və şərtidir”, - İ.Əliyev bəyan edib. **
F.İsazadə