Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən bu günədək 2,1 mlrd. manat məbləğində güzəştli kredit verilib. Bunu fondun icraçı direktoru Şirzad Abdullayev bu gün mətbuat konfransında deyib.
«Fond fəaliyyətə başladıqdan etibarən bu günədək ümumi dəyəri 4,7 mlrd. manat olan 35 minə yaxın layihənin reallaşdırılmasına 2,1 mlrd. manat məbləğində güzəştli kredit verib», - deyə o bildirib.
İcraçı direktorun sözlərinə görə, bu məbləğin 1 mlrd. manatını (47%) büdcə vəsaitləri, daha 1,1 mlrd. manatını (53%) qaytarılmış vəsaitlər təşkil edir.
Ş.Abdullayev, həmçinin qeyd edib ki, verilmiş güzəştli kreditlər hesabına respublikada 160 min yeni iş yeri açılıb.*
B.Rüstəmbəyov