2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 111,9 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 38,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 579,7 min tonadək sement (artım 25,8%), 262,9 min tonadək hazır beton qarışığı (artım 2,6 dəfə), 59 min kubmetrədək tikinti kərpici (artım 50,7%), 2 min 470 tonadək işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 2,2 dəfə), 17,8 min tonadək asfalt (artım 41,7%) istehsal olunub.
Bu ilin yanvar-mart aylarında tikinti gipsi istehsalında 87,3% - 3,3 min tonadək, beton konstruksiya istehsalında 42,5% - 22,9 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic istehsalında 14,2% - 17 min tonadək, tikinti əhəngi istehsalında 2,8% - 6,6 min tonadək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov