Azərbaycan müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönələn tədbirləri davam etdirəcək. Bunu prezident İlham Əliyev deyib.
“Reallıq göstərir ki, ordu quruculuğu siyasətimiz düzgündür. Bəzi hallarda ordu quruculuğuna çox vəsait ayırdığımıza görə bizi tənqid edirdilər. Lakin həyat göstərdi ki, biz düzgün siyasət yürütmüşük”, - İ.Əliyev bu gün andiçmə mərasimində bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan Ordusu təchizat, silah, terxnika və hərbi hazırlıq nöqteyi-nəzərindən dünyada ən güclü ordular sırasındadır.
“Biz ordunu zəruri hər şey ilə təmin edirik, müasir silah alırıq. Bu iş gələcəkdə də davam etdiriləcək”, - dövlət başçısı vurğulayıb.
İ.Əliyev bəyan edib ki, 2016-cı ilin aprel döyüşləri zamanı düşmən Azərbaycan Ordusunun qücünü hiss etdi
“Aprel döyüşləri - bizim şərəfli tariximiz, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Fizuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Həmin ərazilərdə həyat yenidən başlayır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücü, sarsılmaz ruhunu əks etdirir. Bu o deməkdir ki, Azərbaycan xalqı heç zaman işğal faktı ilə barışmayacaq. Biz ərazilərimizi azad edəcəyik. Bunun üçün daha güclü olmalıyıq və olacağıq!”, - o qeyd edib.
Prezident xatırladıb ki, “erməni vandalları, Ermənistan rəhbərliyi Azərbaycanın tarixi abidələrinə qarşı da soyqırım törədiblər”. “Məscidlərimiz dağıdılıb. Onlar anlamırlar ki, dağıdılmış məscidlər bizim ürəklərimizdə yaşayır. İşğal olunmuş ərazilər azad olunandan sonra biz Cocuq Mərcanlıda dağıdılan Şuşa məscidinin eynisini inşa etmişik”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə