Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Pambıqçılığın inkişafına dair Dövlət Proqramı çərçivəsində 591 sahibkara 82,4 mln. manat məbləğində güzəştli kredit verib. Bunu Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bu gün mətbuat konfransında deyib.
«SKMF pambıqçılığın inkişafına 82,4 mln. manat məbləğində güzəştli kredit ayırıb. Xüsusilə 5 iri fermer təsərrüfatına 28 mln. manat, 9 tekstil fabrikinə 40 mln. manat, pambığın ilkin emalı üzrə 8 müəssisəyə 4,4 mln. manat, 569 pambıqçılıq təsərrüfatına 10 mln. manat kredit verilib», - deyə o bildirib.*
B.Rüstəmbəyov