Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu barədə yerli KİV məlumat yayıb.
“Atəşkəs rejiminin pozulması nəticəsinsə Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Rahim Hacıyev yaralanıb”, - deyə məlumatda bildirilir.
Məlumata görə, o, əkin sahəsində olarkən güllə yarası alıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.*
F.İsazadə