2018-ci ilin yanvar-mart aylarında Azərbaycanda 823,6 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2017-cı ilin analoji dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 793,4 mln. manat məbləğində heyvandarlıq, 30,2 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,8%, bitkiçilik məhsullarının həcmi 63,2% artıb.
Bundan başqa, yanvar-mart aylarında respublikada 119,2 min ton ət (artım 3,4%), 458,2 min ton süd (artım 1,8%), 434,6 mln. ədəd yumurta (artım 2,1%) istehsal edilib.
2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 6 mlrd. 580 mln. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 4,2% çoxdur. **
B.Rüstəmbəyov