Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) nümayəndələri Vindzor Kral At Şousunun 75 illiyi ilə əlaqədar 9-13 may tarixlərində “Odlar Yurdu - Azərbaycan” adlı xüsusi proqramla çıxış edəcəklər. Bu barədə Britaniya mətbuatı xəbər verir.
«Azərbaycan atçıları xüsusi olaraq yetişdirilmiş Qarabağ atları iə müxtəlif akrobatik hərəkətlər nümayiş etdirəcəklər», - deyə məlumatda bildirilir.
Azərbaycan atçıları ənənəvi rəqslər ifa edəcək “Sərhədçi” rəqs ansamblının müşayiəti ilə çıxış edəcəklər.
Britaniya mətbuatı qeyd edir ki, Azərbaycan nümayəndələrinin çıxışı xüsusi olaraq Kral Vindzor At Şousu üçün hazırlanıb.*
F.İsazadə