2018-ci ilin I rübündə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 2 mlrd. 46,2 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 30,7%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.
Bütövlükdə cari ilin I rübündə Azərbaycanın magistral qaz kəmərləri ilə 6 mlrd. 662,1 mln. kubmetr qaz nəql edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 7,1% çoxdur.
2017-ci ildə “Şahdəniz” yatağıın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 314,2 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.*
N.Abbasova