Prezident İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev, həmçinin NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparottini də qəbul edib.
Xəbər verildiyi kimi, V.Gerasimov Bakıya işgüzar səfəri çərçivəsində K.Skaparotti ilə görüşməyi planlaşdırır. Tərəflər NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyətini, eləcə də Suriyadakı vəziyyəti müzakirə edəcəklər.*
F.İsazadə