Azərbaycan və Çinin turizm şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Milli Turizm Təbliğat Bürosunun məlumatında deyilir.
«Sağlamlıq turizmi sahəsində ixtisaslaşan bu şirkətlər ilk dövrdə Azərbaycana Çindən 2 min nəfərə yaxın turistin səfərini təşkil etməyi nəzərdə tutub. Yerli bazarı araşdıran çinli mütəxəssislərin rəyinə görə, onların vətəndaşlarını daha çox Naftalan cəlb edəcək», - deyə məlumatda bildirilir.
Tur paketlər 12 günü əhatə edəcək və bu müddət ərzində çinlilər Bakı və Naftalanda olacaq.
Çinli mütəxəssislər vurğulayır ki, il ərzində təxminən 1 milyon çinli sağlamlıq turizmi məqsədilə ölkədən çıxır. Onlar daha çox orta və yaşlı nəslin nümayəndələridir.
Əvvəllər çinli turistlər daha çox ümumi Cənubi Qafqaz vahid tur paketi çərçivəsində ölkəmizə səfər edirdilər. Yeni sazış isə yalnız Azərbaycana gəlişi nəzərdə tutur.
2017-ci ildə Azərbaycana gələn Çin vətəndaşlarının sayı 10,258 min nəfər təşkil edib.*
B.Rüstəmbəyov